“Bank Respublika”nın xalis mənfəəti bölüşdürüləcək
- 22 dekabr, 2023
- 05:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Yanvarın 23-də, saat 12:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank Respublika"nın 2023-cü il üzrə maliyyə nəticələrinin müzakirə edilməsi, mükafatların ödənilməsi, eləcə də xalis mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 67,45 %-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 15,06 %-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,42 %-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.