"Bank Respublika" daha 15 milyon manatlıq istiqraz buraxır
- 15 fevral, 2022
- 09:56
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 15 milyon manat olan yeni istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
“Report” bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 15 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində investorlara açıqlanacaq. 24 ay müddətində tədavüldə olacaq istiqrazların illik gəlirliliyi 8,5%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.