"Bank of Baku" ASC "Bolkart" sahibləri üçün yeni güzəşt hazırlayıb
- 02 dekabr, 2014
- 12:48
Bakı. 2 dekabr. REPORT.AZ/ "Bank of Baku" ASC "Bolkart MasterCard" kartlarının sahibləri üçün qeyri-tərəfdaş ticarət məkanları üzrə taksitərin sayını (ödəniş müddətini) onlayn qaydada artırmaq imkanı yaradıb. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.
"Bolkart" şəbəkəsinə aid olmayan mağazalarda alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 və ya 6 aylıq ödəniş müddəti əldə edə bilər. Kart sahibi bunu www.bolkart.az saytının "Şəxsi Kabinet" bölməsinin müvafiq menyusu vasitəsilə həyata və alış-veriş etdiyi andan bir gün ərzində bu xidmətdən yararlana bilər. Bununla yanaşı, onlayn alış-veriş edən "Bolkart" sahibləri də məhsulu alıb, onun dəyərini hissə-hissə 6 aya kimi ödəyə bilərlər.
Xatırladaq ki, "Bolkart" sahibləri artıq bir ilə yaxındır eyni funksiyadan SMS taksit xidməti vasitəsilə də istifadə edirlər. Kart istifadəçisi alış-veriş zamanı əldə etdiyi qəbzdə əks olunmuş 6 rəqəmli təsdiq kodunu və “taksit3” (və ya “taksit6”) ifadəsini SMS ilə 8145 nömrəsinə göndərir. Yeni xidmətin komissiya haqqı 3 ay üçün 4,5%, 6 ay üçün 9%-dir.
Xatırladaq ki, bu gün "Bolkart"la Azərbaycanda və xaricdə alış-veriş etmək, kartdan nağd pul çıxarmaq, müxtəlif güzəşt və kampaniyalardan faydalanmaq olar.