Bank müştərilərinin sayı bu il 1 milyon nəfərdən çox artıb
- 07 noyabr, 2022
- 06:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun müştəri bazası 13,341 milyon nəfər təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 166 min nəfər və ya 1,3 %, yanvarın 1-i ilə müqayisədə artaraq 1,16 milyon və ya 9,5 %, ötən ilin oktyabrın 1-i ilə müqayisədə 1,338 milyon və ya 11,2 % çoxdur.
Məlumata görə, müştərilərin 99 %-i və ya 3,208 milyon nəfəri fiziki, 1 %-i və ya 133 min nəfəri hüquqi şəxslərdir. Sentyabr ayında fiziki şəxslərin sayında 1,3 % və ya 164 min nəfər, hüquqi şəxslərin sayında isə 1,5 % və ya 2 min nəfər artım qeydə alınıb.
Sentyabrın sonuna müştəri hesablarının sayı 30,829 milyona çatıb ki, bu da, aylıq müqayisədə 624 min və ya 2,1 %, ilin əvvəli ilə müqayisədə 4,241 milyon və ya 13,9 %, illik müqayisədə isə 1,929 milyon və ya 6,7 % çoxdur.