“Bank Avrasiya” maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 25 iyul, 2023
  • 05:37
“Bank Avrasiya” maliyyə vəziyyətini açıqlayıb

“Bank Avrasiya” ASC bu ilin I yarısını 2,273 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13,8 dəfə çoxdur.

Yanvar-iyun aylarında “Bank Avrasiya”nın gəlirləri 9,148 milyon manat (illik müqayisədə 24,8 % çox), xərcləri 5,513 milyon manat (38,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,505 milyon manat (33,6 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Bank Avrasiya”nın aktivləri 206,273 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,9 % çoxdur. Bunun 120,052 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 28,2 % böyüyüb.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 17,6 % artaraq 130,247 milyon manata, o cümlədən depozit portfeli 20,7 % artaraq 74,004 milyon manata, balans kapitalı isə 5,6 % artaraq 76,025 milyon manata çatıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti