“Bank Avrasiya” 9 ayda 3 milyon manata yaxın zərər edib
- 22 oktyabr, 2021
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 2,798 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 195 min manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, 9 ay ərzində “Bank Avrasiya”nın gəlirləri 10,299 milyon manat (illik müqayisədə 10,7% çox), xərcləri 5,45 milyon manat (9,7% çox), xüsusi ehtiyatlara ayırmaları isə 7,647 milyon manat (84,9% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Bank Avrasiya”nın aktivləri 157,198 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,2% çoxdur. Bunun 98,684 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,4% böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 5,9% artaraq 88,966 milyon manata, o cümlədən depozit portfeli 13,8% artaraq 43,476 milyon manata çatıb, balans kapitalı isə 2,2% azalaraq 68,231 milyon manata düşüb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.