"Bakı Fond Birjası" QSC (BFB) dürüstlük, davamlı inkişaf və tərəfdaşlığın əsas dəyərlər olduğu yeni korporativ brendini təqdim edib.
"Report" xəbər verir ki, bu barədə BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov yenilənmiş brendin təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.
R.Xəlilovun sözlərinə görə, yenilənmə birjanın bazar iştirakçıları və tərəfdaşları ilə daha şəffaf və etibarlı münasibətlərə can atmasını əks etdirir ki, bu da onun beynəlxalq arenada rəqabət qabiliyyətini artıracaq və yerli səviyyədə yeni imkanlar yaradacaq.
"Brendin yenilənməsi BFB-nin yeni strategiyasına uyğun olaraq yerli kapital bazarı iştirakçıları arasında mövqeyini gücləndirməyə və şirkət üçün yeni perspektivlər açmağa yönəlib", - deyə o qeyd edib.
Foto: Samirə Həsənova