“Bakı Fond Birjası”nın dövriyyəsi 6% azalıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 6% azalıb Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Bakı Fond Birjası QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 926,172 milyon manat təşkil edib.
Maliyyə
15 Fevral , 2019 12:58
“Bakı Fond Birjası”nın dövriyyəsi 6% azalıb
Report

Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 926,172 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 6% azdır.

Əvəzində son bir ildə bağlanmış əqdlərin sayı isə 13% artaraq 10 340-a çatıb.

BFB-nin dövriyyəsinin 74%-i və yaxud 1 425,016 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu illik müqayisədə 39,3% azdır.

Hesabat dövründə səhm bazarı üzrə əqdlərin 14 dəfə artaraq 322 min manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri təxminən 91% artaraq 49,823 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 3,1 dəfə artaraq 37,328 milyon manat, törəmə maliyyə alətləri üzrə əqdlərin dəyəri isə 57,22% azalaraq 413,684 milyon manat olub. 

İngilis versiyası BSE turnover drops 6%

Son xəbərlər

Orphus sistemi