AzTV-nin xalis zərəri 10% artıb

AzTV-nin xalis zərəri 10% artıb “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci ili 1,995 milyon manat xalis zərərlə başa vurub.
Maliyyə
25 Avqust , 2022 10:18
AzTV-nin xalis zərəri 10% artıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci ili 1,995 milyon manat xalis zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 9,7% çoxdur.

Ötən il AzTV-nin gəlirləri 34,846 milyon manat (əvvəlki ilə nisbətən 1,4 % çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 31,141 milyon manat (0,5 % çox), birja əməliyyatlarından gəlirləri 699 min manat (80,6% çox), sair əməliyyat gəlirləri isə 5 min manat (əvvəlki il olmayıb) təşkil edib.

İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,817 milyon manat (1,8 % çox), o cümlədən sərf etdiyi materialların dəyəri 0,991 milyon manat (42 % çox), əmək haqqı xərcləri 21,485 milyon manat (4,4 % çox), amortizasiya xərcləri 3,366 milyon manat (25,6% az), sair əməliyyat xərcləri isə 10,976 milyon manat (5,9 % çox) təşkil edib.

2021-ci ildə AzTV 23 min manat mənfəət vergisi ödəyib ki, bu da 2020-ci illə müqayisədə 6,1% azdır.

Bu il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 24,292 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 3,8% azalaraq 1,012 milyon manata düşüb, balans kapitalı isə 0,6 % artaraq 23,28 milyon manata çatıb.

Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı isə 10,725 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi