"Azfinance İnvestisiya Şirkəti"nin yeni istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 17 dekabr, 2021
  • 13:27
Azfinance İnvestisiya Şirkətinin yeni istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Dekabrın 21-də “Bakı Fond Birjası” QSC-də (BFB) “Azfinance İnvestisiya Şirkəti" QSC-nin yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə ümumi dəyəri 1 milyon manat olan istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılacaq. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək, 3 il müddətində tədavüldə olacaq. Prosesin anderrayteri emitent özüdür. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.