"Azexport" və “Azərpoçt” əməkdaşlığı genişləndirir

"Azexport" və “Azərpoçt” əməkdaşlığı genişləndirir İki qurumun nümayəndələri arasında onlayn görüş keçirilib
Maliyyə
5 Aprel , 2021 11:17
Azexport və “Azərpoçt” əməkdaşlığı genişləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport" portalı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsuis “Azərpoçt” MMC-nin nümayəndələri arasında onlayn görüş keçirilib.

Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Görüşdə “Azərpoçt”un Biznes İnkişafı və Marketinq departamentinin direktoru Anar Məcidov təmsil etdiyi qurumun xidmətləri barədə ətraflı məlumatlar təqdim edib. O, qeyd edib ki, hazırda ölkə ərazisində “Azərpoçt”un 1 500 şöbəsi mövcuddur. Qurum poçt xidmətləri ilə yanaşı maliyyə xidmətləri də göstərir.

“Azexport"un rəhbəri Ayxan Qədəşov “Azərpoçt”un təqdim etdiyi xidmətlərin ölkədə elektron ticarət sahəsinin diversifikasiyasında əhəmiyyətli rol oynadığını bildirib. Bu sahədə fəaliyyət göstərən sahibkarların qeyd olunan xidmətlərin üstünlükləri barədə məlumatlandırılması məqsədilə birgə tədbirlərin təşkil olunması təklif olunub. Daha sonra Azərbaycanda elektron ticarət platformalarına xidmət göstərəcək vahid logistika mərkəzinin qurulması istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.

Onlayn müzakirə zamanı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə təqdim olunan xidmətlər barədə məlumatlar təqdim edib. Elektron ticarətin inkişafı məqsədilə qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova isə Onlayn Vahid İxrac ərizəsi xidməti barədə məlumatlar təqdim edib. O, qeyd olunan xidmətdən istifadə etməklə elektron ticarət əməliyyatlarının daha da sürətləndirilməsi imkanın mövcud olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi