"Azərkosmos" sığortaçı seçir

"Azərkosmos" sığortaçı seçir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 53 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peykinin 2025-ci il üzrə orbitdə sığortalanması üçün açıq tender elan edib.
Maliyyə
9 Dekabr , 2024 11:28
Azərkosmos sığortaçı seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 53 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peykinin 2025-ci il üzrə orbitdə sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar təkliflərini yanvarın 10-na qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 10-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, bu il dəyəri 66,5 milyon ABŞ dolları, ötən il isə dəyəri 80 milyon ABŞ dolları olan “Azerspace-1” peykinin sığortalanması üçün “PAŞA Sığorta" ASC cəlb edilib. Bu xidmətə görə sığorta şirkətinə müvafiq olaraq 1 milyon 436,5 min manat və 946,5 min manat ödənilib.

"Azerspace-1” 2013-cü ildə yerətrafı orbitə buraxılıb. Onun istismar müddəti 17 ildir. Peyk rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.

Son xəbərlər

Orphus sistemi