“Azərpoçt” “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartı buraxıb

Maliyyə
  • 03 noyabr, 2021
  • 07:00
“Azərpoçt” “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartı buraxıb

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartlarının buraxılışını həyata keçirib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Məlumata görə, ilkin mərhələdə yeni dizaynda 5 min ədəd kart emissiya edilib və nazirliyin qurumlarına əməkhaqqı layihələri çərçivəsində təqdim olunub. İlin sonuna qədər əlavə olaraq 40 min ədədə yaxın “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartlarının buraxılışı nəzərdə tutulur.

“Azərpoçt” 140 illik yubiley münasibətilə müxtəlif maliyyə xidmətləri üzrə kampaniyaların keçirilməsini planlaşdırır.