Azərbaycanla Macarıstanın iqtisadi əlaqələrini gücləndirən birgə layihələr müzakirə edilib - YENİLƏNİB

Azərbaycanla Macarıstanın iqtisadi əlaqələrini gücləndirən birgə layihələr müzakirə edilib - YENİLƏNİB Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələri gücləndirən birgə layihələr müzakirə edilib.
Maliyyə
5 İyun , 2024 18:55
Azərbaycanla Macarıstanın iqtisadi əlaqələrini gücləndirən birgə layihələr müzakirə edilib - YENİLƏNİB

Azərbaycan Macarıstanla qarşılıqlı iqtisadi münasibətləri gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkədəki fəaliyyəti və investisiya tərəfdaşlığının təşviqi barədə fikir mübadiləsi aparılıb.

"Report" xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə hər iki ölkə rəhbərliyinin əlaqələrin inkişafına, mövcud potensialdan səmərəli istifadəyə verdiyi xüsusi önəm sayəsində iqtisadi münasibətlərin davamlı inkişaf etdiyi vurğulanıb. Ötən ilin yanvar ayında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənədin, eyni zamanda investisiya təşviqi, iqtisadi əməkdaşlıq, ikiqat vergitutmanın qarşısının alınması və s. sahələrdə imzalanmış 50-dən çox sənədin bütün istiqamətlər üzrə işbirliyinin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı qeyd edilib.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsindən irəli gələn məsələlər və cari vəziyyət müzakirə edilib.

Görüş çərçivəsində Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı sənəd imzalanıb. Sənədin ölkələrin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcəyi diqqətə çatdırılıb.

17:20

Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələri gücləndirən birgə layihələr müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadioyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığımızın təşviqi barədə fikirlərimizi bölüşdük. Macarıstanın MVM şirkətinin "Şahdəniz" layihəsində pay alışı ilə bağlı imzalanan sənəd ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi