Azərbaycanın vergi orqanlarında staj və sınaq keçmə qaydaları təsdiqlənib

Azərbaycanın vergi orqanlarında staj və sınaq keçmə qaydaları təsdiqlənib İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi orqanlarında staj və sınaq keçmə Qaydaları”nı təsdiqləyib.
Maliyyə
30 Avqust , 2024 13:49
Azərbaycanın vergi orqanlarında staj və sınaq keçmə qaydaları təsdiqlənib

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi orqanlarında staj və sınaq keçmə Qaydaları”nı təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qaydalara əsasən, ilk dəfə vergi orqanlarında xidmətə qəbul edilən şəxslərlə 6 aylıq staj müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanılacaq. Kurator stajçının fəaliyyətinə nəzarət etmək və onun işini istiqamətləndirmək üçün Dövlət Vergi Xidmətinin müvafiq strukturunun vəzifəli şəxslərindən 5 iş günü ərzində təyin olunacaq.

Kurator staj müddətinin qurtarmasına 10 iş günü qalmış stajçının daimi xidmətə qəbul edilməsi ilə bağlı müsbət və ya mənfi rəyi əks etdirən tövsiyəni struktur bölmənin rəhbərinə təqdim edəcək. Peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş və müsbət rəy verilmiş stajçı sınaq müddəti müəyyən edilmədən vergi orqanlarında daimi xidmətə qəbul ediləcək.

Peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmamış, lakin barəsində müsbət rəy olan və ya peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş, lakin barəsində müsbət rəy olmayan stajçı ilə 3 aya qədər sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanacaq.

Peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmayan stajçı barəsində müsbət rəy verilmədikdə stajın nəticəsi qaneedici hesab edilmir və onun vergi orqanlarında xidmətinə müvafiq olaraq xitam verilir.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi