Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. dollara yaxın azalıb
Maliyyə
- 14 fevral, 2017
- 07:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2017-ci il yanvarın 1-nə 37 121,4 mln. ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, bunun 89,29%-i və yaxud 33,147 mlrd. dolları Dövlət Neft Fondu (ARDNF), 10,71%-i və yaxud 3 974,4 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 833,4 mln. dollar və yaxud 7,09% azalıb. Son üç ayda ARDNF-in ehtiyatlarında 2 675,1 mln. dollar və yaxud 7,47%, AMB-nin ehtiyatlarında isə 158,3 mln. dollar və yaxud 3,83% azalma baş verib.
Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanın məcmu valyuta ehtiyatları 1 469,4 mln. dollar və yaxud 3,81% azalıb.
| ARDNF-in valyuta ehtiyatları (mln. ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (mln. ABŞ dolları) | Azərbaycanın məcmu valyuta ehtiyatları (mln. ABŞ dolları) | |
| 01.01.2017 | 33 147,0 | 3 974,4 | 37 121,4 |
| 01.10.2016 | 35 822,1 | 4 132,7 | 39 954,8 |
| 01.07.2016 | 35 117,9 | 4 283,9 | 39 401,8 |
| 01.04.2016 | 34 246,0 | 4 065,8 | 38 311,8 |
| 01.01.2016 | 33 574,1 | 5 016,7 | 38 590,8 |
Son xəbərlər
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr