Azərbaycanın şərabçılıq müəssisəsinin xalis mənfəəti 9 % azalıb

Maliyyə
  • 06 may, 2025
  • 09:45
Azərbaycanın şərabçılıq müəssisəsinin xalis mənfəəti 9 % azalıb

“Gəncə Şərab-2” ASC 2024-cü ili 2,1 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 8,5 % azdır.

Ötən il “Gəncə Şərab-2”ın vergiyəqədərki mənfəəti 2,625 milyon manat (əvvəlki ilə nisbətən 8,5 % az), mənfəət vergisi ödəmələri isə 525 min manat (8,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Gəncə Şərab-2”ın akitvləri 32,215 milyon manat olub ki, bu da illik müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,4 % artaraq 14,423 milyon manata, balans kapitalı isə 0,5 % artaraq 17,791 milyon manata çatıb.

Xatırladaq ki, “Gəncə Şərab-2” 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı şərabçılıq müəssisəsidir. Onun nizamnamə kapitalı 10,685 milyon manatdır.