Azərbaycanın özəl banklarının kredit qoyuluşu 19 %-dən çox artıb
- 27 mart, 2022
- 08:08
Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 milyard 587,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2 % çox, yanvarın 1-i ilə müqayisədə 2,7 %, ötən ilin martın 1-nə nisbətən 20,3 % çoxdur.
Kredit qoyuluşunun 13 milyard 662,2 milyon manatı və yaxud 77,7 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 19,4 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 464,3 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 23,6 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19,2 %-dən 19,7 %-ə qalxıb.
Bu il fevral ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 460,7 milyon manat olub. Bu isə illik müqayisədə 23,4 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6 %-də sabit qalıb.