Azərbaycanın lombard şirkətinin səhmləri listinqə daxil edilib
- 30 may, 2024
- 11:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olan “Express Lombard” ASC-nin 1 milyon manatlıq adi, adlı, sənədsiz səhmləri standart bazar seqmentində şərti-listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 200 manat olan 5 000 ədəd səhmdən gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 1 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində açıqlanacaq.
Prosesin anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 251 dəfə artaraq 4 min manatdan 1,004 milyon manata çatacaq.
Xatırladaq ki, “Express Lombard” 2011-ci ildə yaradılıb. Onun yeganə səhmdarı Svetlana İsayevadır (100%).