Azərbaycanın lombard şirkəti nizamnamə kapitalını kəskin artırır

Maliyyə
  • 07 may, 2024
  • 12:40
Azərbaycanın  lombard şirkəti nizamnamə kapitalını kəskin artırır

Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olan “Express Lombard” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manat dəyərində səhm yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 200 manat olan 5 000 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 251 dəfə artaraq 4 min manatdan 1,004 milyon manata çatacaq.

Xatırladaq ki, “Express Lombard” 2011-ci ildə yaradılıb. Onun yeganə səhmdarı Svetlana İsayevadır (100%).