Azərbaycanın faktorinq şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 04 iyul, 2023
  • 11:20
Azərbaycanın faktorinq şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

İyulun 6-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın faktorinq şirkəti “Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd, yəni 2,5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin təsisçiləri Qafar Dəmirçi (68 %), Məhəmməd Həbibzadə (23 %), “AQA Şirkətlər Qrupu” MMC (4,5 %) və “Vesta İnvestment” MMC-dir (4,5 %).

Son xəbərlər

Bütün Xəbər Lenti