Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 585,3 milyon manat təşkil edib.
Maliyyə
187
26 Avqust , 2020 13:27
Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 585,3 mln manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Kredit qoyuluşunun 11 mlrd 600,4 mln manatı və yaxud 79,5%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 4,1% çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 604,1 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 18,2% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,8%-dən 17,9%-ə çatıb.

İyulun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 380,9 mln manat olub. Bu isə illik müqayisədə 12,1% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6% təşkil edib.

Son xəbərlər

Orphus sistemi