Bu ilin yanvar-iyun aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 1 878,4 milyon ABŞ dolları qalıq yaranıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.
Məlumata görə, yarımillik qalıq xarici ticarət balansındakı 3 518,9 milyon dollarlıq qalıq (illik müqayisədə 53,9 % çox), xidmətlər balansındakı 1 300,5 milyon dollarlıq kəsir (2,1 % az), ilkin gəlirləri balansındakı 558,4 milyon dollarlıq kəsir (10,4 % çox) və təkrar gəlirlər balansındakı 218,4 milyon dollarlıq qalıq (50,1 % çox) hesabına formalaşıb.
Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in qalığı 40,7% artaraq 4,6 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 1,8% artaraq 2,7 milyard dollar olub.