Azərbaycanın bank sektorunun xalis mənfəəti 25% artıb

Maliyyə
  • 27 may, 2021
  • 10:42
Azərbaycanın bank sektorunun xalis mənfəəti 25% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 194,7 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çoxdur.

4 ay ərzində bankların əməliyyat gəlirləri 898,9 milyon manat (1 il əvvələ nisbətən 2,6% çox), əməliyyat xərcləri 584,7 milyon manat (2,5% çox), xüsusi ehtiyatlara ayırmaları 76,2 milyon manat (22,4% az), gözlənilməz gəlirləri 0,1 milyon manat (1 il əvvəl xərc olub), mənfəət vergisi ödəmələri isə 43,4 milyon manat (15,1% az) təşkil edib.