Azərbaycanın bank sektorunun aktivləri 3 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 3 % artıb Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 46 milyard 146,6 milyon manat təşkil edib.
Maliyyə
23 Noyabr , 2023 12:29
Azərbaycanın bank sektorunun aktivləri 3 % artıb

Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 46 milyard 146,6 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 3,3 % çoxdur.

Bankların aktivlərinin 21 milyard 113,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,9 %-dən 45,8 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 2,6 % artaraq 40 milyard 233 milyon manata, o cümlədən depozit portfeli 2,8 % artaraq 33 milyard 081,9 milyon manata çatıb. Bunun 12 milyard 271,1 milyon manatı fiziki, 20 milyard 810,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 0,6 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,9 dəfə azalaraq 92 milyon manat olub.

Sektorun balans kapitalı isə 8,9 % artaraq 5 milyard 913,6 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi