Azərbaycanın bank sektorunun aktivləri 27 % artıb

Maliyyə
  • 26 iyul, 2022
  • 12:04
Azərbaycanın bank sektorunun aktivləri 27 % artıb

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 41 920,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 26,8 % çoxdur.

Bankların aktivlərinin 17 103,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25,2 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,3 %-dən 40,8 %-ə enib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 30,3 % artaraq 36 774,2 milyon manata, o cümlədən depozit portfeli 35,5 % artaraq 29 982,1 milyon manata çatıb. Bunun 10 378,6 milyon manatı fiziki, 19 603,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 25,5 %, şirkətlərin banklardakı vəsaitləri isə 41,5 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 24,3 % azalaraq 281 milyon manat olub.

Sektorun balans kapitalı isə 6,1 % artaraq 5 146,0 milyon manat təşkil edib.

44 filmi