Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 46 milyard 172,5 milyon manat təşkil edib.
Maliyyə
26 Dekabr , 2023 10:43
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb

Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 46 milyard 172,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 1,5 % çoxdur.

Bankların aktivlərinin 21 milyard 511,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 16,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 46,6 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 0,5 % artaraq 40 milyard 160,4 milyon manata, o cümlədən depozit portfeli 1,1 % artaraq 33 milyard 225,7 milyon manata çatıb. Bunun 12 milyard 253,5 milyon manatı fiziki, 20 milyard 972,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 8,1 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 2,6 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 4,4 dəfə azalaraq 50,6 milyon manat olub.

Sektorun balans kapitalı isə 8,9 % artaraq 6 milyard 012,1 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi