Azərbaycandakı kredit ittifaqlarının zərəri 5 dəfə artıb

Azərbaycandakı kredit ittifaqlarının zərəri 5 dəfə artıb Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,05 milyon manat zərərlə başa vurub.
Maliyyə
29 Oktyabr , 2022 09:42
Azərbaycandakı kredit ittifaqlarının zərəri 5 dəfə artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,05 milyon manat zərərlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5 dəfə çoxdur.

9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,8 milyon manat (illik müqayisədə 5,3 % az), xərcləri 0,85 milyon manat (16,4 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 0,9 milyon manat (25 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 14,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,7 % çoxdur. Bunun 12,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,2 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 10 % azalaraq 4,5 milyon manata düşüb, balans kapitalı isə 6,5 % artaraq 9,8 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi