Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 15% artıb

Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 15% artıb 2019-cu ildə Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin məcmu xalis mənfəəti 2,484 milyon manat təşkil edib.
Maliyyə
234
8 Sentyabr , 2020 12:50
Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 15% artıb

2019-cu ildə Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin məcmu xalis mənfəəti 2,484 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 14,6% çoxdur.

İnvestisiya şirkətlərindən 2-si – “BTB Kapital” və “Plato Capital and Co.” ötən ili zərərlə başa vurub. Hesabat dövründə onların hər ikisinin zərəri azalıb. 2019-cu ildən mənfəətlə çıxmış qalan 6 maliyyə qurumundan isə 3-ü – “PAŞA Kapital”, “PSG Kapital” və “Unicapital” mənfəətini artırıb, qalanları isə azaldıb.

Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 3,236 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 17,3% çoxdur. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.

2019-cu ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 752 min manat təşkil edib. Bu da illik müqayisədə 27,1% çoxdur. Maliyyə qurumlarından biri – “BTB Kapital” 2018-ci ildə olduğu kimi yenə də mənfəət vergisi ödəmələrinə qənaət edib, amma bu göstəricini azaldıb. Qalan 7 investisiya şirkəti isə müxtəlf məbləğlərdə mənfəət vergisi ödəyib. Onlarından 1-də - “Xalq Kapital” vergi ödənişini artırıb, qalanları isə azaldıb.

Son xəbərlər

Orphus sistemi