Azərbaycanda yük sığortasına maraq artıb
- 02 fevral, 2019
- 14:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda yüklərin (nəqliyyat) sığortası növü üzrə daxilolmalar artıb.
“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində yüklərin sığortası üzrə sığorta şirkətlərinin yığımları 4,2 mln. manat təşkil edib. Bu, yanvar-noyabr ayları ilə müqayisədə 248,7 min manat və ya 6,29% çoxdur.
2017-ci il ilə müqayisə etsək, ölkədə bu sığorta sinifi üzrə daxilolmalar 942,1 min manat və ya 28,92% çoxdur.
2018-ci ilin yanvar-dekabr aylarında yüklərin sığortası üzrə 185,2 min manat ödəniş aparılıb. Bu, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,5 min manat və ya 5,41%, 2017-ci il ilə müqayisədə isə 109,2 min manat və ya 2,44 dəfə çoxdur.
Ümumiyyətlə, ötən il yüklərin sığortası üzrə daxilolmaların 4,41%-i ödənişə yönəldilib.