Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 17 % artıb

Maliyyə
  • 14 iyul, 2023
  • 07:52
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 17 % artıb

Bu ilin I yarısında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 10,4 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % çoxdur.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il iyulun 1-nə qədər ölkədə 91 021 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.