Azərbaycanda tikinti şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 04 sentyabr, 2024
  • 13:56
Azərbaycanda tikinti şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Sentyabrın 6-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Mərmər İnşaat” ASC-nin 100 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 100 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək.

Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 6,7 % artaraq 1,5 milyon manatdan 1,6 milyon manata çatacaq.

Xatırladaq ki, "Mərmər İnşaat” 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti