Azərbaycanda qeyri-həyat sığortası bazarı 3 % böyüyüb

Maliyyə
  • 28 may, 2024
  • 11:47
Azərbaycanda qeyri-həyat sığortası bazarı 3 % böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 239,698 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 29 % artaraq 80,535 milyon manata çatıb.

Beləliklə, 4 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 33,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 26,9 manat olub.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti