Azərbaycanda qeyri-həyat sığortası bazarı 28 %-dən çox böyüyüb

Maliyyə
  • 23 sentyabr, 2023
  • 09:03
Azərbaycanda qeyri-həyat sığortası bazarı 28 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 413 milyon 578 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,2 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 20,6 % artaraq 149 milyon 449 min manata çatıb.

Beləliklə, 8 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm ötən ilin eyni dövründə 38,4 manat olub.

Xatırladaq ki, yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 846 milyon 854 min manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 29,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 345 milyon 796 min manat təşkil edib. Bu isə illik müqayisədə 21,9 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,3 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti