Bui ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19 383,1 milyon manatlıq, o cümlədən 10 436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 946,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 1,1% artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 19 383,1 | 101,7 |
o cümlədən: | ||
ərzaq məhsulları | 9 393,2 | 102,5 |
içkilər və tütün məmulatları | 1 043,6 | 100,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 2 764,3 | 101,0 |
elektrik malları və mebellər | 1 026,6 | 100,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 149,9 | 107,4 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 433,9 | 135,2 |
avtomobil benzini və dizel yanacağı | 1 192,6 | 103,0 |
digər qeyri-ərzaq malları | 3 379,0 | 97,5 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,4%-i ərzaq məhsullarının, 5,4%-i içkilər və tütün məmulatlarının, 14,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i avtomobil benzini və dizel yanacağının, 5,3%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
I yarımildə istehlak mallarının dəyər ifadəsində 27,2%-ni ticarət müəssisələri, 50,1%-ni fərdi sahibkarlar, 22,7%-ni isə bazar və yarmarkalar satıb. 1 il əvvələ nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,7%, fərdi sahibkarlar üzrə 1,2% artıb, bazar və yarmarkalarda isə 11,7% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 322,7 manatlıq, o cümlədən 173,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları alıb.