Azərbaycanda ötən il görülən işlərin 3 əsas istiqaməti açıqlanıb

Azərbaycanda ötən il görülən işlərin 3 əsas istiqaməti açıqlanıb 2021-ci ildə Azərbaycan əsasən 3 istiqamətdə - işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşması ilə mübarizə aparmış və xeyli uğurlara nail olub.
Maliyyə
15 Mart , 2022 12:27
Azərbaycanda ötən il görülən işlərin 3 əsas istiqaməti açıqlanıb
Tahir Mirkişili

2021-ci ildə Azərbaycan əsasən 3 istiqamətdə - işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşması ilə mübarizə aparmış və xeyli uğurlara nail olub.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hesabat ilində dünya bazarlarında enerji qiymətləri 77 %, qeyri-enerji qiymətləri 20,2 %, ərzaq qiymətləri isə 23,1 % artıb:

“Hesabat ilində ölkəmizdə ÜDM-in 5,6 %, qeyi-neft qaz sektorunun 7,2 %, qeyri-neft sənayesinin 18,9 %, kənd təsərrüfatı istehsalının 3,4 %, qeyri-neft ixracımızın 38,4 %, strateji valyuta ehtiyatlarımızın 2,4 milyard ABŞ dolları artması, müsbət ticarət saldosunun 12,1 milyard ABŞ dollarını ötməsi, xarici birbaşa dövlət borcunun 8,7 % azalması və ÜDM-in 13,5 %-ni təşkil etməsi, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılması, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsi, xərclərinin isə 96 %-dən artıq səviyyədə icra olunmasını yüksək qiymətləndiririk”.

Son xəbərlər

Orphus sistemi