Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb

Maliyyə
  • 30 aprel, 2025
  • 15:20
Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb

Bu il aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 46 milyard 730,8 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 % çox, ilin əvvəli ilə müqayisədə 0,5 % çox, ötən ilin eyni dövrünə nisbətən 4,2 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 35 milyard 559,1 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,3 % çox, ilin əvvəli ilə müqayisədə 3 % az, ötən ilin eyni dövrünə nisbətən 3,2 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 28 milyard 312 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 0,6 %, ilin əvvəli ilə müqayisədə 4,5 % az, ötən ilin eyni dövrünə nisbətən 1,3 % azdır.

Aprelin 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 16 milyard 75,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 3,4 % çox, ilin əvvəli ilə müqayisədə 1,4 % az, ötən ilin eyni dövrünə nisbətən 4,1 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti