Azərbaycanda ləğv prosesində olan 2 bankın 7 milyon manatlıq əmlakı hərraca çıxarılıb

Azərbaycanda ləğv prosesində olan 2 bankın 7 milyon manatlıq əmlakı hərraca çıxarılıb Oktyabrın 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Maliyyə
4 Oktyabr , 2023 11:44
Azərbaycanda ləğv prosesində olan 2 bankın 7 milyon manatlıq əmlakı hərraca çıxarılıb

Oktyabrın 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kv.metrlik, dəyəri 255 min manat olan 115,9 kv.metrlik, dəyəri 397 min manat olan 188,9 kv.metrlik, dəyəri 258 min manat olan 117,4 kv.metrlik, hər birinin dəyəri 389 min manat olan 2 ədəd 185,4 kv.metrlik, hər birinin dəyəri 322 min manat olan 4 ədəd 153,2 kv.metrlik, hər birinin dəyəri 245 min manat olan 7 ədəd 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 ünvanındakı dəyəri 2,1 milyon manat olan 0,8 hektar torpaq sahəsindən gedir. Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 7,185 milyon manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi