Azərbaycanda kreditlərin sığortasına maraq artıb

Maliyyə
  • 29 oktyabr, 2018
  • 11:22
Azərbaycanda kreditlərin sığortasına maraq artıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda kreditlərin sığortasına maraq artıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 42 min manat olub. Bu, yanvar-avqust aylarındakı göstəricidən 4 500 manat və ya 11,94% çoxdur.

Bir il əvvəl ilə müqayisə etsək, ölkədə kreditlərin sığortası üzrə daxilolmalar 100% artıb.

Bu ilin oktyabrın 1-nə olan məlumata əsasən, kreditlərin sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında kreditlərin sığortası üzrə ödənişlər 4 133 manat olub.  

44 - Tezliklə