Azərbaycanda könüllü sığorta bazarı 24 %-ə yaxın böyüyüb
- 01 oktyabr, 2022
- 06:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 493,686 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 220,317 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 14,5 % azdır.
Beləliklə, 2022-ci ilin yanvar-avqust aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-avqust aylarında 64,6 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 654,918 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 283,671 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 16,5 % azdır. 8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,5 manat olub.