Azərbaycanda könüllü sığorta bazarı 20 % böyüyüb

Maliyyə
  • 28 may, 2022
  • 11:35
Azərbaycanda könüllü sığorta bazarı 20 % böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 267,745 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 62,351 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə və ya 51,8 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-aprel aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 23,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-aprel aylarında 58,2 manat olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 358,771 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,418 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48% azdır.

4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53 manat olub.

44 filmi