Azərbaycanda könüllü sığorta bazarı 14 %-ə yaxın böyüyüb
- 28 iyun, 2025
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 548,125 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 257,365 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 16,8 % çoxdur.
Beləliklə, 5 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 47 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 45,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 719,353 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,75 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 314,788 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,5 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,7 manat olub.