Azərbaycanda könüllü sığorta bazarı 10 % böyüyüb
- 28 may, 2025
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 451,856 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 187,056 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 11,9 % çoxdur.
Beləliklə, 4 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 41,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 40,7 manat olub.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588,466 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 231,333 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.