Azərbaycanda könüllü sığorta 24 % artıb

Maliyyə
  • 28 yanvar, 2023
  • 06:35
Azərbaycanda könüllü sığorta 24 % artıb

2022-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 728,071 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 24,1 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 337,633 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,5 % azdır.

Beləliklə, 2022-ci ildə könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ildə 57,8 manat olub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 970,823 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu, 2021-ci ilə nisbətən 15 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 433,202 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,6 % azdır.

44 filmi