Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb

Maliyyə
  • 26 oktyabr, 2018
  • 12:40
Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb
Report

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 779,2 mln. manat və ya 28,79% azalaraq 2018-ci ilin oktyabr ayının 1-nə 1 927,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “Report”a verilən məlumata görə, avqust ayı ilə müqayisədə bu ilin sentyabrında bankların xarici borclanması 85,7 mln. manat və ya 4,7% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin oktyabrın 1-nə 6 mlrd. 337,8 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 69,6 mln. manat və ya 20,3% çoxdur. Məcmu xarici aktivlərin həcmində avqustla müqayisədə bu ilin sentyabrında 574,7 mln. manat və ya 9,97%-lik artım baş verib. 

44 filmi