Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üçün irihəcmli nağd əməliyyatlar üzrə müntəzəm monitorinq sistemi formalaşdırılacaq.
“Report” xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Plana əsasən, irihəcmli nağd əməliyyatların araşdırılması üçün metodoloji yanaşmaları, bu əməliyyatı aparan müştərilərin işgüzar münasibətlərinin mütəmadi monitorinqi sistemi və vəsaitin mənbəyi bilinməyən və ya şübhə yaradan hallarla bağlı hesabatlılığın təmin edilməsi və təxirəsalınmaz addımlar atılması təcrübəsini formalaşdırılması prosesinə Azərbaycan Mərkəzi Bankı (AMB), Vəkillər Kollegiyası, aidiyyəti sahəvi qeyri-kommersiya qurumları - Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası cəlb ediləcək.