Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 13 % artıb

İKT
  • 15 iyul, 2023
  • 09:45
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 13 % artıb

Bu ilin I yarısında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 429,6 milyon manatlıq xidmət göstərib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 % çoxdur.

6 aylıq xidmətlərin 76,4 %-i əhali sektoruna aid olub, 38,5 %-i və yaxud 550,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.