Azərbaycanda icbari sığorta bazarı 22 % kiçilib
- 28 may, 2022
- 12:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 91,026 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 31,067 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 38,4 % azdır.
Beləliklə, 2022-ci ilin yanvar-aprel aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 34,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-aprel aylarında 43,2 manat olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 358,771 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,418 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48% azdır.
4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53 manat olub.