Azərbaycanda icbari sığorta bazarı 2 %-dən çox böyüyüb
- 29 yanvar, 2025
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycanda icbari sığorta növlərinin hesabına 341,856 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,2 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 139,696 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,3 % çoxdur.
Beləliklə, 12 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 32,3 manat olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2023-cü ilə nisbətən 10,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2 % çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub.