Azərbaycanda icbari sığorta bazarı 16 % kiçilib
- 30 iyul, 2022
- 09:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 124,907 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,5 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 44,674 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 30,8 % azdır.
Beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 35,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyun aylarında 43,6 manat olub.
Qeyd edək ki, 6 ayda Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 491,605 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,923 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,5 % azdır.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 35,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,9 manat olub.